“İŞİD” terror qruplaşmasının liderlərindən biri Həsən Səid əl-Cəburi hava zərbəsi nəticəsində öldürülüb.
Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, terrorçu Mosul şəhərinin yaxınlığında məhv edilib.
Qeyd edək ki, bir ay əvvəl “İŞİD”in Mosuldakı digər lideri Radvan Talib Əl-Həmduni hava hücumları zamanı həlak olmuşdu.
Bundan əvvəl, beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr “İŞİD”in İraq və Suriyadakı mövqelərinə 31 hava zərbəsi endirib.