28 Fevral 2023 20:39
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mart ayında Rusiyanın Ukraynadakı gündəlik və aylıq itkiləri rekord həddə çatacaq”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

Onun sözlərinə görə, əvvəlki aylarla müqayisədə fevralda Rusiyanın itkiləri o qədər də yüksək olmayıb. Ekspert bunu daha çox fevralın ilin ən qısa ayı olması ilə əlaqələndirib:

“Ay qısalması olmasaydı, zərər nisbəti rekord vuracaqdı. Deyə bilərik ki, rus işğalçılarının orta gündəlik məhvi fevral ayında rekord səviyyədə olub, amma fevralın qısalığı aylıq rekorda imkan vermədi. Bununla belə, mart ayı Rusiyanın itkiləri baxımından mütləq rekord nümayiş etdirməlidir”, - Kovalenko bildirib.

Rusiyanın Ukraynadakı canlı qüvvə itkisi təxminən 149 240 nəfərdir.

Həmçinin Rusiya döyüş meydanında itirib: tank - 3388, zirehli döyüş texnikası - 6630, artilleriya sistemi - 2383, raket sistemi - 478, hava hücumundan müdafiə vasitəsi - 247, təyyarə - 300, helikopter – 288 və s.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər