3 Mart 2023 11:18
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Ülke” telekanalında səsləndirilən fikirlər müzakirə mövzusuna çevrilib.

Teleqraf.com xəbər verir ki, proqramda namizədlik üçün toplanan müxalifətin “Altılıq Masası” blokunun son iclasına diqqət yetirilib.

2019-cu ildə üzvü olduğu Cümhuriyyət Xalq Partiyasından (CHP) xaric edilmiş keçmiş nazirlərdən Yaşar Okuyan Kamal Kılıçdaroğlunu topa tutub.

Proqramın aparıcısı Emin Pazarcı canlı yayımda Yaşar Okuyanla telefon danışığının təfərrüatlarını açıqlayıb.

Pazarcı Okuyanın Kılıçdaroğlu və komandasını nəzərdə tutaraq ona belə dediyini bildirib:

“Allah məmləkətimizi onların əllərinə verməsin! Onları yaxşı tanıyıram, hakimiyyətə gəlsələr, Türkiyə heyf olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər