Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun qızı yenidən gəlinlik geyinib. Teleqraf.com rosbalt.ru-ya istinadən xəbər verir ki, Yevqeniya Timoşenko Odessadan olan iş adamı Artur Çeçetkinlə evlənir. Cütlük 3 il bundan əvvəl Odessa klublarından birində tanış olublar.
Toy mərasimi Ukraynanın paytaxtı Kiyevdəki məşhur “Olimpiyskiy” idman komplekslərində keçirilir. Yuliya Timoşenko toy hədiyyələrindən imtina edib. O, həmin vəsaiti hərb sahəsinə yönəltməyi xahiş edib.
Bu, Yevqeniya Timoşenkonun ikinci evliliyidir. Onun birinci həyat yoldaşı tanınmış ingilis rokçu Şon Kar olub
.