28 Dekabr 2014 02:18
1 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalidə "Əş-Şəbab" islam qruplaşmasının rəhbərlərindən biri hüquq-mühafizə orqanlarına təslim olub. Qeyd edək ki, ABŞ hökuməti onun tutulması müqabilində 3 milyon dollar mükafat vəd etmişdi.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, söhbət Zəkəriyyə İsmayıl Əhməd Xersidən gedir. Somali kəşfiyyat xidmətinin nümayəndəsi bildirib ki, o, Somalının Qedo rayonunda təslim olub.

"Əş-Şabab" radikal qruplaşması Somalidə islam dövləti yaratmağa çalışır. Lakin son 2-3 il ərzində Afrika İttifaqı terror təşkilatını iri şəhərlərdən vurub çıxarıb. Ancaq "Əş-Şabab" ölkə ərazisinin böyük hissəsini nəzarətdə saxlayır və terror aktları ilə öz məsədinə çatmağa çalışır.

Nihad


Müəllif:

Oxşar xəbərlər