28 Dekabr 2014 03:05
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Petro Poroşenko və Almaniya kansleri Angela Merkel dünən telefonla Ukraynaya beynəlxalq iqtisadi yardım məsələsini müzakirə ediblər.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Onlar Beynəlxalq Valyuta Fondunun yeni proqramının tezliklə razılaşdırılmasının Ukraynada iqtisadi vəziyyəti nizamlamağa kömək edəcəyini vurğulayıblar. Bunun digər beynəlxal donorların da Ukraynaya yardım ayırmasına stimul verəcəyi bildirilib.

Poroşenko və Merkel Donbasda situasiyanın nizama salınması üçün Rusya və Ukraynanın Minsk razılaşmasının bütün maddələrini yerinə yetirmələrinin vacib olduğunu da vurğulayıblar.

Nihad


Müəllif:

Oxşar xəbərlər