9 Mart 2023 16:54
1 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Millətçi Hərəkat Partiyasının (MHP) yer aldığı Cümhur İttifaqı genişlənir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

Məlumatda iki partiyanın Cümhur İttifaqına qoşulacağını bildirib:

“Hazırda Cümhur İttifaqında fəallıq yaşanır. Yaxın tarixdə iz qoymuş yeni siyasi aktorlardan və partiyalardan söhbət gedir. Ancaq təfərrüatlarını yaxın günlərdə öyrənəcəyimiz aşağıdakı iki gəlişmə diqqəti çəkir:

Mərhum Turqut Özalın qurduğu Ana Vətən Partiyası və solçuların əfsanəvi lideri Ecevitin Demokratik Sol Partiyası Cümhur İttifaqına qoşulur".

Demokratik Sol partiyasının lideri Öndər Aksakal prezident seçkilərində Kılıçdaroğlunu dəstəkləməyəcəklərini bu sözlərlə açıqlayıb:

“Millət İttifaqı partiyamızın prinsiplərinə uyğun gəlməyən strukturdur. Biz bu ölkənin salamat qalmasını çətinliyə salacaq işlərə qarışmayacağıq və etməyəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər