9 Mart 2023 16:24
1 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalif İYİ partiyasının sözçüsü Kürşad Zorlu seçki gündəm ilə bağlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, partiya rəsmisi müxalifətin Millət İttifaqının seçkidə qalib gələcəyi təqdirdə sədrləri Maral Akşənərin baş nazir olacağını iddia edib.

Kürşad Zorlunun açıqlamalarında diqqətçəkən məqamlar belədir:

“İYİ Partiya təşkilatları seçkilərə hazırdır.

Parlamentdə birinci partiya olmağa namizədik.

Təyinatlar seçkidə qalib gəldikdən sonra ən qısa zamanda həyata keçiriləcək.

Bizim ortaq olanlardan başqa heç bir gündəmimiz yoxdur. CHP və ya digər partiyaların başqa partiya ilə görüşməsi ilə bağlı problem yoxdur. AKP konstitusiya danışıqları zamanı HDP ilə də görüş keçirib.

Parlament sisteminə keçəcəyik, sədrimiz Maral Akşənər baş nazir olacaq”.

Millət İttifaqının prezidentliyə namizədi Cümhuriyyət Xalq partiyasının (CHP) sədri Kamal Kıçıdaroğludur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər