Moskvanın Ukraynaya təcavüzündən sonra dəyişən geosiyasi reallıqlar səbəbindən Macarıstan gələcəkdə Rusiya ilə dostluq münasibətlərinə yenidən baxmalı ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban Budapeştdə keçirilən iqtisadi forumda bildirib.
Baş nazir qeyd edib ki, Rusiya ilə əlaqələri saxlamaq Macarıstanın marağında olsa da, xüsusən də enerji asılılığına görə, Avropanın Moskva ilə münasibətləri müharibə başa çatdıqdan sonra bərpa olunmaya bilər və bu, Budapeşti də uyğunlaşmağa məcbur edəcək.
“Müharibədən sonra Rusiya-Avropa münasibətlərinin bərpasının zəruriliyini başa düşürəm, amma bu, reallıqdan uzaqdır. Məhz buna görə də Macarıstan xarici və iqtisadi siyasətdə diqqətlə düşünməlidir ki, biz yaxın 10-15 ildə Rusiya ilə hansı münasibətlər qura və saxlaya bilərik”, - Orban deyib.