Gürcüstan hökuməti Ukrayna ilə əməkdaşlığı inkişaf etdirəcək.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Gürcüstan xarici işlər naziri Tamara Beruçaşvili bildirib.
"2015-ci ildə Gürcüstanın Ukrayna ilə əməkdaşlığı dinamik şəkildə inkişaf edəcək. Gələn ilin əvvəllərində iki ölkənin xarici işlər nazirləri görüşəcək. Bundan başqa baş nazir İrakli Qaribaşvilinin Ukraynaya səfərinə hazırlıq görülür", - nazir deyib.
O, deyb ki, Gürcüstan Ukraynaya siyasi və humanitar dəstək verir, lakin Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmir.
Nihad