28 Dekabr 2014 21:27
1 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın İnqliab Keşikçiləri Qvardiyasının komandirlərindən biri olan general İraqda İŞİD tərəfindən öldürülüb.

Teleqraf.com "Sabah"a istinadən xəbər verir ki, İraq ordusunda məsləhətçilik edən general Hamid Takavinin Bağdadın şimalındakı Samarra şəhərində vurulduğu bildirilir.

Xəbərə görə, iranlı general İŞİD-ə qarşı döyüşən İraq ordusu və xalq birliklərinə məsləhət verdiyi üçün terror təşkilatı tərəfindən öldürülüb.

General Takavinin İraq-İran müharibəsi illərində İnqliab Keşikçiləri Qvardiyasının Ramazan qərargahının komandiri olduğu da qeyd olunur. Sabah iranlı general üçün paytaxt Tehranda cənazə mərasimi keçiriləcək. O, çərşənbə axşamı günü doğulduğu Ahvazda torpağa veriləcək.

Nihad


Müəllif:

Oxşar xəbərlər