12 Mart 2023 09:06
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

XIV Ümumçin Xalq Nümayəndələri Konqresinin I sessiyasının deputatları Li Şanfunun Çinin müdafiə naziri vəzifəsinə təyin edilməsini təsdiqləyiblər.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, XIV Ümumçin Xalq Nümayəndələri Konqresinin I sessiyasının deputatları bundan əvvəl Çin Xalq Respublikası Dövlət Şurasının yeni baş nazirinin namizədliyini də təsdiqləyiblər.

65 yaşlı Li Şanfu 2017-2022-ci illərdə Şanxay Partiya Komitəsinin katibi vəzifəsində çalışıb. 2022-ci ilin oktyabrında keçirilən ÇKP-nin 20-ci Qurultayının yekunlarına əsasən, Partiya Mərkəzi Komitəsinin Hərbi Şurasının tərkibinə daxil edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər