13 Mart 2023 16:16
5 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşü keçiriləcək”.

Teleqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani deyib.

“İran və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin görüşü keçiriləcək. Ümid edirik ki, bu, yaxın gələcəkdə baş tutacaq”, - XİN sözçüsü bildirib.

Kənani nazirlərin görüşünün harada keçiriləcəyini açıqlamasa da, bu barədə razılaşmanın əldə edildiyini söyləyib.

Martın 10-da İran və Səudiyyə Ərəbistanı iki ay ərzində ikitərəfli münasibətləri bərpa etmək, səfirlik və diplomatik nümayəndəliklərini açmaq barədə razılığa gəlib. Bu barədə razılaşma Çinin paytaxtı Pekində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə səudiyyəli həmkarı arasında bir neçə gün davam edən gərgin danışıqlardan sonra əldə edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər