Türkiyənin yerli və milli avtomobili olan “Togg” üçün ön sifarişlərin sayı 100 mini ötüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Avtomobil Təşəbbüs Qrupu məlumat yayıb.
Unikal avadanlıqlarla təchiz olunmuş elektromobillər üçün son sifariş tarixi martın 27-dir.
Xatırladaq ki, Türkiyə Prezidenti R.T.Ərdoğadan sonra avtomobil üçün ön sifariş verən ilk şəxs Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısı 2 “Togg” avtomobili sifariş verib.