Qazaxıstanda dövlət ittihamçısı respublikanın birinci prezidenti Nursultan Nazarbayevin keçmiş qudası, biznesmen Kayrat Boranbayevin əmlakı müsadirə olunmaqla səkkiz il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Teleqraf.com xəbər verir ki, o, qaz sektorunda külli miqdarda mənimsəmədə ittiham olunur.
Boranbeyevin işi üzrə məhkəmə ötən ilin dekabrından başlayıb.
Boranbayev “Qazaq Gaz” milli şirkətindən 14,5 milyard tenge (53 milyon manatdan çox) məbləğində vəsaiti mənimsəməkdə şübhəli bilinir.