5 Aprel 2023 16:18
1 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiyanın keçmiş baş naziri Casinda Ardern parlamentdəki son çıxışından sonra siyasətlə vidalaşıb.

Teleqraf.com xəbər verir ki, siyasətçinin parlamentdəki son çıxışını 2021-ci ildə Pike River mədən faciəsində həyatını itirənlərin ailələri, müsəlman icmasının üzvləri, keçmiş baş nazirlər, ailəsi və keçmiş işçiləri izləyib.

Vida nitqinə əsas diqqəti iqlim dəyişikliyinə yönəltməklə başlayan Ardern deyib ki, iqlim dəyişikliyi müasir siyasətin müəyyənedici gündəmidir və bundan sonra da belə olacaq.

Ardern 28 yaşında siyasətə gələndə heç vaxt övladının olacağını düşünmədiyini bildirib:

“Fəhlə Partiyasının lideri olduğum dövrdə uzun müddət uğursuz süni mayalanma cəhdlərim olmuşdu”.

Casinda Ardern yanvarın 19-da istefa verdiyini, oktyabrın 14-də keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyini, Fəhlə Partiyasının liderliyindən ayrılacağını açıqlamışdı.

Ardern 2017-ci ilin oktyabrında 37 yaşında baş nazir seçilərək dünyanın ən gənc qadın hökumət başçılarından biri olub. Keçmiş baş nazir parlamenti tərk etdikdən sonra “Kraystçörç çağırışı” ilə bağlı xoşməramlı elçi kimi könüllü fəaliyyətini davam etdirəcək.

2019-cu ildə Yeni Zelandiyanın Kraystçörç şəhərində cümə namazı zamanı 10 dəqiqə fərqlə iki məsciddə törədilən terror aktları nəticəsində 51 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər