Kremlin sözçüsü Dmitri Peskov Finlandiyanın NATO-ya üzvlüyünə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Peskov bunun Rusiya üçün təhlükə olduğunu deyib.
“Əlbəttə, bu, Avropa qitəsində sabitliyin, təhlükəsizliyin və proqnozlaşdırıla bilənliyin möhkəmlənməsinə töhfə verməyən hadisədir. Bu, bizim üçün əlavə təhlükə yaradır və bizi bütün təhlükəsizlik sistemini balanslaşdırmaq üçün lazımi tədbirlər görməyə məcbur edir. Təbii ki, bu birdəfəlik proses olmadığı üçün müəyyən vaxt aparacaq. Bu, uzun proses olacaq, amma təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şey ediləcək”, - Rusiya rəsmisi vurğulayıb.