“Rusiya-Ukrayna müharibəsi bu il başa çata bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
“Rusların resursları azalır, bizdə də azalır, amma bizdə Ramşteyn Klubu var. Deyim ki, onlar NATO-dan çoxdurlar. Artıq 50-dən çox ölkə bizim qələbəmizi istəyir və buna sərmayə qoyur və inanır ki, bu realdır. Buna görə də bu, Qərb dünyasının resurslarının orkların resurslarına qarşı müharibəsidir”, - nazir bildirib.
Reznikov vurğulayıb ki, bu müharibə informasiya komponentinə görə uzun müddət davam edə bilməz, çünki Rusiyanın Buça, İzyum, Mariupol və digər şəhərlərdə törətdiyi vəhşilikləri dünya bilir:
“İnsanlar emosional olaraq bu müharibəyə qarışdıqlarını, ona təsir edə biləcəklərini duyurlar, mən dəqiq zərbələrə imkan verən və işçi qüvvəsinin çatışmazlığını tarazlaşdıran müasir texnologiyadan danışmıram”.
Müdafiə naziri bu səbəblərdən müharibənin tez bitəcəyini iddia edib: “Mən şəxsən bu ili qələbə ili kimi qəbul edirəm”.