Ötən bazar Fransada prezident seçkiləri keçirilsəydi, Milli Cəbhənin lideri Marin Le Pen birinci turda qalib gələcəkdi.
Teleqraf.com xəbər verir ki, “Le Figaro” qəzetinin sifarişi ilə keçirilən sorğu Prezident Emmanuel Makronun pensiya islahatlarına qarşı görülməmiş etirazlar millətçi siyasətçiyə 31 faiz səs qazandırıb.
Bu, 2022-ci il prezident seçkilərinin birinci turu ilə müqayisədə 8, Makrona verilən səslərdən isə 3 faiz çoxdur.
Makron artıq namizədliyini irəli sürə bilməz. Keçmiş baş nazir Eduard Filipp hakim çoxluq tərəfindən namizəd göstərilsəydi, 28, solçuların yeganə namizədi Jan-Lük Melenşon isə 22 faiz səs alacaqdı.
Əgər soldan bir neçə namizəd olarsa, Marin Le Pen 29, Eduard Filipp 26 faiz səslə birinci turda qalib olardı.
Sosioloqlar seçicilərin Milli Cəbhənin liderinə münasibətinin tamamilə dəyişdiyini deyirlər.