7 Aprel 2023 19:12
1 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Fələstin və İsrail ətrafında vəziyyətin pisləşməsindən narahatdır.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə söhbəti zamanı deyib.

Onun sözlərinə görə, Ankara dünya ictimaiyyətini İsrail təhlükəsizlik qüvvələrinin Əl-Əqsa məscidində keçirdiyi əməliyyatdan sonra Qüdsdəki dini ziyarətgahların statusunun qorunmasına yardım etməyə çağırır.

“Yeni eskalasiya dalğasının qarşısını almaq üçün sağlam düşüncə nümayiş etdirmək lazımdır. BMT və İslam Əməkdaşlıq Təşkilatının başçılıq etdiyi beynəlxalq ictimaiyyət dini ziyarətgahların statusunun qorunması üçün bütün platformalarda səy göstərməlidir”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti ilə İran Prezidenti arasında telefon danışığı aprelin 7-də xüsusən də İsrail-Fələstin qarşıdurmasının güclənməsi fonunda baş tutub.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər