Almaniyanın “Welt” qəzeti Türkiyə, Rusiya və Avropa münasibətlərinə dair təhlil dərc edib.
Teleqraf.com xəbər verir ki, təhlildə Prezident Rəcəb Tayyib Ərdoğanın hər manevrinin uğurlu olduğu bildirilib.
“Ərdoğan NATO ilə Moskvanı necə bir-birinə qarşı qoyur?” adlı məqalədə bu ifadələrə yer verilib:
“Türkiyə qərbli müttəfiqləri ilə birliyini göstərir və Finlandiyanın NATO-ya daxil olmasını qəbul edir. Amma az sonra Putinin xarici işlər naziri Ankarada qəbul olunur. Ərdoğan Moskva ilə Qərb arasında manevrlər edir və bu yöndəki hər cəhdində uğur qazanır”.