8 Aprel 2023 17:56
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qalaktikalararası kosmosda 20 milyon günəş ağırlığında çox sürətlə hərəkət edən "görünməz canavar" adlı yeni qara dəlik kəşf edilib.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) açıqlayıb.

Məlumata görə, “Hubble” Kosmik Teleskopu tərəfindən təsadüfən təsbit edilən qara dəlik qalaktikalar arasında böyük sürətlə dolaşır.

“Görünməz canavar” olaraq xarakterizə edilən qara dəliyin Yerlə Ay arasında 14 dəqiqəyə səyahət edəcək qədər sürətlə hərəkət elədiyi və 20 milyon günəş çəkisində superkütlə olduğu qeyd edilib.

Ehtimal olunur ki, bu, üç böyük qara dəlik arasında nadir, qəribə qalaktik bilyard oyununun nəticəsidir. Sürətli qara dəlik qarşısındakı ulduzları udmaq əvəzinə qaz kütlələrini kürüyərək dar bir dəhliz boyu yeni ulduz əmələ gəlməsinə səbəb olub.

ABŞ-ın Yel Universitetindən Peter van Dokkum bildirib ki, kosmosda çox sürətlə hərəkət edən və arxasında ulduz əmələ gətirən qara dəlik vaxt tələb etmir: “Gördüklərimiz bundan sonradır. Biz gəminin arxasındakı iz kimi, qara dəlikdən qalan izi görürük. “Hubble” teleskopunun görüntüsündə yaxınlıqdakı cırtdan qalaktikada ulduz çoxluqlarını skan edərkən, onun kosmik şüa olduğunu düşündüyümüz kiçik bir xətt gördük. Kosmik şüaları aradan qaldırdıqda əvvəllər gördüyümüzdən fərqli olaraq, heç nəyə bənzəməyən qara dəliyin izini tapdıq”.

NASA-nın açıqlamasında qeyd olunub ki, astronomlar bu qalaktikalararası qaçaq qara dəliyin, bəlkə də 50 milyon il əvvəl qalaktikalarda bir-biri ilə toqquşmuş üç nəhəng qara dəlik tərəfindən əmələ gəldiyinə, xaotik və qeyri-sabit konfiqurasiya nəticəsində baş verdiyinə inanır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər