Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə Moskvada danışıqları zamanı Belarusun tam təhlükəsizliyini təmin etmək üçün dövlətlərarası xarakterli normativ hüquqi aktın hazırlanmasını təklif edib.
Teleqraf.com xəbər verir ki, bunu Lukaşenko Minskdə Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.
“Ümumiyyətlə, danışıqlar zamanı belə bir fikir yarandı ki, Belarusa təcavüz olarsa, Rusiya Belarusu öz ərazisi kimi qorusun. Bizə məhz bu lazımdır”, - Belaus lideri bildirib.
Görüşdə, həmçinin birləşmiş müttəfiq qüvvələrin döyüşə hazırlığı və koordinasiyası məsələləri müzakirə olunub.
“Sizə minnətdaram ki, bütün çətinliklərə baxmayaraq, burada bir neçə min rus əsgərini saxlayırsınız. Lazım olan kimi bu prosesə qoşulmuşuq. Sizin zabitlərlə birlikdə uşaqlara təlim və döyüş koordinasiyasını həyata keçiririk. Sayıqlığımızı itirməyə haqqımız yoxdur, görürsünüz ki, polyaklar və litvalılar necə fəallaşmağa başlayıblar”, - Lukaşenko söyləyib.