Hollandiyada rəsmi səfərdə olan Fransa prezidenti Avropada yaşıl sənaye ilə bağlı çıxışına başlayanda nümayişçilər iki pankart açaraq onun siyasətinə etiraz ediblər.
Teleqraf.com xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Niderlandda da etirazlarla üzləşib.
Niderlanda səfəri çərçivəsində Nexus Tədqiqat İnstitutunda çıxış etməyə hazırlaşan Fransız prezidentinin sözü ağzında qalıb. Belə ki, nümayişçilər üzərində “Zorakılıq və ikiüzlülük prezidenti”, “Fransa demokratiyası haradadır?” şüarları yazılmış pankartlar açaraq, İqlim konvensiyasının kənara qoyulduğunu və onun ikiüzlülük etdiyini bildiriblər.
“Küçələrdə milyonlarla nümayişçiləriniz var”,- deyə Etirazçılar ilin əvvəlindən Fransa hökumətinin pensiya islahatı ilə bağlı üzləşdiyi problemi xatırladıblar. Nümayişçilər yerli polis tərəfindən uzaqlaşdırılıblar.