“Gizlətməyə gərək yoxdur, HDP Kamal Kılıçdaroğlunu dəstəkləyir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentliyinə namizəd, Məmləkət partiyasının sədri Məhərrəm İncə deyib.
Siyasətçi müxalifətin “Altılıq Masası” ilə bağlı “Yeddilik İttifaqı” ifadəsini işlədib. Bununla PKK terror təşkilatının siyasi qanadı HDP-nin də müxalifət blokuna qoşulduğuna bildirib.
“Yeddilik” İttifaq hələ Anıtkabirə getməyib”, - İncə söyləyib.
Jurnalistin “Siz də “Yeddilik” deyirsiniz” sualına partiya sədri belə cavab verib:
“Utanmaq və gizlənmək lazım deyil. HDP namizəd irəli sürməyib və onu (CHP sədri Kamal Kılıçdaroğlunu) dəstəkləyir”.
PKK-nı terror təşkilatı kimi tanımayan, əksinə, onun siyasi qanadı kimi tanınan HDP-nin müxalifət blokunun vahid namizədi Kılıçdaroğlunu dəstəkləməsi Türkiyədə müzakirələrə səbəb olub.