Norveç hökuməti Rusiya səfirliyinin 15 əməkdaşını “persona non-qrata” elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
“Diplomatik statusları ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqları üçün “persona non-qrata” elan ediliblər”, - xarici işlər naziri Annika Hevittfelt deyib.
Norveç XİN-in iddiasına görə, Rusiya səfirliyinin 15 əməkdaşı diplomatik pərdə altında krallıq ərazisində kəşfiyyat fəaliyyəti həyata keçirib. Xəbərdə deyilir ki, yaxın vaxtlarda onlar Norveçi tərk etməli olacaqlar.
XİN vurğulayıb ki, Norveç hökuməti Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən ruslara viza verməyəcək.