Co Baydenin 2024-cü ildə yenidən prezident olma şansı çox aşağıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” nəşrində məqalə dərc olunub.
Beləki, rəy sorğusunda Baydenin ABŞ prezidenti kimi fəaliyyətinin bəyənmə reytinqi 40% civarında qiymətləndirilib.
Nəşr qeyd edir ki, son rəy sorğuları prezidentin bəyənmə reytinqi Baydenin bəzi sələfləri ilə eyni səviyyədədir. Rəqəmlərin dərin təhlili göstərir ki, Bayden nəinki ABŞ Respublikaçılar Partiyasının nümayəndələrinin, həm də demokratlar, eləcə də sola meyl edən demoqrafik qruplar arasında çətinliklə duruş gətirir.
Bütün bunlar növbəti prezident seçkilərində Baydenin əleyhinə işləyə bilər.