16 Aprel 2023 08:37
8 893
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz razılaşdıq ki, tərəflər ilkin şərt olmadan hərbi əməliyyatları dərhal dayandırsınlar”.

Teleqraf.com TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Sudanda baş verənlərə münasibət bildirərkən deyib.

Blinken ABŞ, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Sudandakı münaqişəyə son qoyulmasını tələb etdiyini bildirib.

Qeyd olunur ki, Blinken şənbə günü, aprelin 15-də BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə danışıqlar aparıb.

Xarici əlaqələr idarələrinin rəhbərləri etiraf ediblər ki, Sudandakı silahlı münaqişə regionun təhlükəsizliyini və ölkədə demokratiyanı təhdid edir.


Müəllif: Pərvin Cəfərova