Qondarma erməni soyqırımının ildönümü (24 aprel) ərəfəsində ermənipərəst amerikalı konqresmenlər yenidən fəallaşıblar.
Teleqraf.com xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının bir qrup üzvü bədnam “erməni soyqırımı təhsil qanunu”nu tanıması üçün yenidən müvafiq palataya təqdim edib.
Təxribatçı təşəbbüsün müəllifləri konqresmenlər Anna Eşu, David Valadao, Ted Lyu və Qus Bilirakisdir.
Bədnam proje qondarma soyqırımı ilə bağlı “təhsil proqramları”nın maliyyələşdirilməsini ehtiva edir.