Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Həmzə Dağ müxalifətin “Yeddilik” blokunun prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə bağlı maraqlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, AKP rəsmisi CHP sədrinin namizəd olmadan əvvəl ABŞ-a səfər etdiyini xatırladıb.
Dağ Kılıçdaroğlunun səfər əsnasında səkkiz saat yoxa çıxdığını bildirib:
“Özü hələ də bunu açıqlaya bilmir, hamburger yediyini deyir. Hər halda səkkiz saat ərzində hamburger yemədiyini görürük. Hörmətli Kılıçdaroğlu namizəd olduqdan sonra ABŞ-dakı qaçaqlar (FETÖ-çülər) 14 may haqda danışmağa başladılar. Bu da o deməkdir ki, namizədliyə icazə ABŞ-dan alınıb”.