20 Aprel 2023 18:03
5 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə çevriliş cəhdində (15 iyul – FETÖ) iştirakda ittiham olunan və həbsinə order verilən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş müşaviri Henri Barkinin “Asia Times” qəzetində yeni məqaləsi dərc edilib.

Teleqraf.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın mayın 14-də keçiriləcək seçkilərdə qalib gələcəyini proqnozlaşdıran Berki ABŞ-ın seçkidən sonrakı dövrdə Ərdoğanı cilovlamaq üçün planlar qurmalı olduğunu bildirib.

CIA-nın keçmiş rəsmisi iddia edir ki, Türkiyə hərbçiləri ötən günlərdə PKK terror təşkilatının Suriya qolu YPG/SDQ qruplaşmasının lideri Mazlum Kobani və onu müşayiət edən ABŞ konvoyuna hücum edib.

Türkiyəyə qarşı sanksiyaların tətbiqini tələb edən Berki ABŞ Prezidenti Co Bayden və administrasiyasının Ərdoğana açıq şəkildə xəbərdarlıq etməli olduğunu deyib.

Seçkiqabağı dövrdə Ərdoğana “kozır” verilməməsi üçün heç bir addım atılmaması lazım olduğunu söyləyən keçmiş müşavir Türkiyə liderinin qalib gələcəyini proqnozlaşdırır və Ağ Evin seçkidən sonrakı dövr üçün hərtərəfli araşdırma aparmalı olduğunu qeyd edib.

PKK/YPG/SDG-ni “məsum təşkilat”, türk ordusunun terrorla mübarizə əməliyyatlarını isə “işğal” kimi təqdim edilən yazıda SDQ-nin ABŞ-ın müttəfiqi olduğu vurğulanıb.

Suriyanın şimalını “kürd ərazisi” adlandıran Berki Türkiyə ordusunun bu bölgəni “işğal” etdiyini və SDQ-ni bölgədən çıxardığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər