20 Aprel 2023 20:39
5 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudan Suverenlik Şurasının rəisi, ordu generalı Əl-Burxan və Çevik Hərəkət Qüvvələrinin komandanı, general Daqalo ilə telefonla danışıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri tərəfləri qarşıdurmaya, qardaş qanının tökülməsinə son qoymağa və dialoqa qayıtmağa çağırıb.

Prezident Ərdoğan Sudanda Türkiyə vətəndaşlarının və qurumlarının can və mallarının qorunmasına diqqət və qayğı göstərilməli olduğunu bildirib.

Sudanda uzun müddətdir hökumətə bağlı Silahlı Qüvvələrlə hakimiyyət uğrunda mübarizə aparan Çevik Hərəkət Qüvvələri arasında baş verən toqquşmalarda çoxlu sayda mülki şəxs həlak olub.

Qonşu ölkələr vətəndaş müharibəsinə son qoymaq üçün səylərini artırıb. Misir artıq danışıqlarda vasitəçilik təklifi ilə çıxış edib. Keniya prezidentinin ofisinin bəyanatına görə, Keniya, Cənubi Sudan və Cibuti liderləri danışıqlarda iştirak etməyə hazırdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər