21 Aprel 2023 20:57
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, bu haqda NATO-nun Baş katibi Yens Stoltenberq açıqlama verib.

Rusiya-Ukrayna müharibəsindən sonra ilk dəfə dünən Ukraynaya səfər etdiyini xatırladan Stoltenberq, “Prezident Zelenski ilə iyulda Vilnüsdə keçiriləcək NATO Zirvə toplantısına hazırlığı da müzakirə etdik. Mən onu sammitin toplantısına dəvət etdim. Onun dəvətimi qəbul etdiyi və sammitdə iştirak edəcəyi üçün şadam”, - deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər