Sudanda Ramazan bayramının ilk günü baş verən qarşıdurmalarda azı 59 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu hələ son rəqəmlər deyil.
Ölkədə bir çox tibb müəssisəsi hərbi əməliyyatlara görə fəaliyyət göstərə bilmir.
Bu arada Sudan ordusu və Çevik Reaksiya Qüvvələri atəşkəs barədə razılığa gəliblər. Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı vasitəçi rolunda çıxış edir. Buna baxmayaraq, ordu hissələri ilə xüsusi təyinatlılar arasında toqquşmalar davam edib.