Rusiya qüvvələri Ukraynanın Baxmut şəhərini (Donetsk vilayəti) ələ keçirmək üçün uğursuz cəhdlərini davam etdirirlər. Amma indiyə qədər bu səyləri nəticə verməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
“Vaqner” muzdluları şəhəri mühasirəyə almaq üçün ərazidəki yolları dağıtmağa çalışırlar. Amma son məlumata görə, heç bir uğur əldə olunmayıb.
Həmçinin ISW “Vaqner”in desant qüvvələrinin Rusiya Müdafiə Nazirliyinin iddiasının əksinə olaraq, şəhərin qərbində üç qəsəbəni ələ keçirdiyi haqda məlumatı təsdiqləməyib.
Rusiya mənbələri isə işğalçı qoşunların cənub və mərkəzi Baxmutda, eləcə də şəhərin qərbində irəlilədiklərini iddia edirlər.
Baxmut şəhəri uğrunda döyüşlər ötən ilin yayından gedir.