24 Aprel 2023 08:18
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sakit okeanda Yeni Zelandiyanın bir hissəsi olan Kermadeл arxipelaqı ərazisində 7,3 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Geoloji xidməti xəbər verib.

Məlumata əsasən, təbii fəlakətin episentri Vanqarey şəhərindən 963 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 33,6 km dərinlikdə olub.

Zərər çəkənlər və dağıntılar barədə məlumat verilməyib. ABŞ Milli Meteoroloji Xidməti sunami təhlükəsi barədə xəbərdarlıq edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər