Rusiya, İran, Suriya və Türkiyə prezidentlərinin Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşmasına həsr olunmuş görüşü mayın əvvəlində baş tuta bilər.
Teleqraf.com xəbər verir ki, bunu "100TV" telekanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, hazırda görüşün keçiriləcəyi tarix dəqiqləşdirilir.
"Mayın əvvəlində təklif olmuşdu, amma hələ razılaşdırılmayıb, çünki İran prezidenti Suriyaya gedir".
O həmçinin qeyd edib ki, Türkiyənin Suriya ərazisinə iddiası yoxdur. Amma bununla yanaşı Türkiyə üçün milli təhlükəsizlik hər şeydən önəmlidir.
"Ona görə Türkiyə ordusunu Suriyadan çıxarmağı planlaşdırmır. Əgər biz ordan çıxsaq terror təşkilatları bu boşluq istifadə edəcək", - nazir qeyd edib.