Prezident Co Baydenin miqrasiya siyasətinə görə ABŞ zibilliyə çevrilib.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp deyib.
Tramp qeyd edib: “Rəhbərliyim altında ABŞ tarixində ən etibarlı sərhədimiz var idi. Baydenin dövründə bu ləğv edildi və milyonlarla qeyri-qanuni miqrant ölkəmizə daxil olmağa başladı. Onlar psixiatriya xəstəxanalarından və həbsxanalardan gəlirlər. Amerika zibilxanaya çevrilib. Şəhərlərimiz evsizlər, narkomanlar və cinayətkarlarla doludur".
O əlavə edib ki, Ağ Evin hazırkı rəhbərinin siyasəti Amerika vətəndaşlarının yarım əsrin ən pis inflyasiyasından əziyyət çəkməsinə, dolların dəyərdən düşməsinə, benzinin qiymətinin 5 ayın ən yüksək həddinə çatmasına səbəb olub.