25 Aprel 2023 22:26
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məmləkət Partiyasının sədri, Türkiyə prezidentliyinə namizəd Məhərrəm İncə DEVA Partiyasının rəhbəri Əli Babacana cavab verib.

Teleqraf.com xəbər verir ki, İncə “maskasını özü yırtdığına görə” Babacana təşəkkür etdiyini bildirib.

“Babacan deyir ki, İncə ikinci tura qalsa, səs vermərəm. Bu tiplər düşüncəsini Atatürkdən alan bu torpağın övladlarına heç vaxt dəstək olmazlar. İpləri həmişə kənardadır. Mən FETÖ-çülərin və onlara dəstək verənlərin səslərini istəmədiyimi demişdim. İzahatına və öz maskasını özü yırtdığına görə ona təşəkkür edirəm”, - partiya sədri deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər