İngiltərədə anti-monarxiyaçılar, Kral III Çarlzın mayın 6-da keçiriləcək tacqoyma mərasiminə etiraz etməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, İngiltərənin rəy araşdırma şirkəti Angus Reid 2 min 103 kanadalı arasında monarxiya və kral ailəsi ilə bağlı sorğu keçirib.
Məlumata əsasən, sorğuda iştirak edənlərin 63 faizi Kral III Çarlz adına and içməyə, pulların əskinazların üstündə onun şəklinin olmasına etiraz edib.
Qeyd edək ki, Kral III Çarlzın tacqoyma mərasimi mayın 6-da Londondakı tarixi Westminster Abbey kilsəsində keçiriləcək.