26 Aprel 2023 23:58
2 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri dünya mediasının əsas müzakirə mövzularından biridir.

Teleqraf.com xəbər verir ki, “France 24” telekanalının təhlilində bütün dünyanın seçkilərin nəticələrini səbirsizliklə gözlədiyi bildirilir.

“Gələn ay Türkiyədə keçiriləcək prezident seçkiləri Qərb paytaxtlarında və Moskvada maraqla izləniləcək. Analitiklərin fikrincə, Rusiya hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyi halda, Qərb üstüörtülü şəkildə onun əsas rəqibi Kamal Kılıçdaroğluna üstünlük verir”, - təhlildə vurğulanır.

Amerikalı analitik Cefri Mankoff fransız telekanalına Qərb liderlərinin Prezident Ərdoğanı istəmədiklərini deyib:

“Bir çox Qərb rəsmiləri və liderləri Ərdoğanla münasibətlərdə məyusluq hiss edirlər. Amma Ərdoğan çox nüfuzlu siyasətçidir, ona görə də bütün təşvişə baxmayaraq, yenidən seçilə biləcəyinə dair məntiqli gözlənti var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər