2 Yanvar 2015 19:28
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədən Qəzzanın sahil zonasına buğda unu yükünün sonuncu – doqquzuncu dəsti çatdırılıb. 2014-cü ildə Türkiyə baş naziri dəftərxanasının Fövqəladə Hallar və Təbii Fəlakətlər Fondu hesabına Qəzzaya 140 min ailə üçün 15 min ton un çatdırılıb.

Layihənin ümumi dəyəri 6,25 milyon ABŞ dollarına bərabərdir.BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin baş komissarının müavini Marqo Ellis deyib ki, “Qəzza sektorunda iqtisadi vəziyyət son dərəcə ağırdır. Bu, uzun sürən blokada və ara verməyən münaqişələrlə bağlıdır”.Marqo Ellis göstərdiyi böyük yardıma görə Türkiyə hökumətinə və xalqına minnətdarlığını bildirib.

O qeyd edib ki, Qəzza sektorunda, xüsusən qaçqınlar arasında işsizlik yüksək səviyyədədir. 2014-cü ilin ikinci rübündə qaçqınların 45 faizindən çoxu işsiz olub. Bu, agentliyin hesabatlarında indiyədək əks etdirilmiş ən yüksək göstəricidir.

Agentliyin ərzaq yardımına ehtiyacı olan Fələstin qaçqınlarının sayı 2000-ci ildə 80 min nəfər olduğu halda, hazırda artaraq 867 min nəfərə çatıb. Buğda unundan başqa, Türkiyə yayda Qəzza sektoruna 11 min ərzaq dəsti göndərib.


Müəllif:

Oxşar xəbərlər