29 Aprel 2023 18:29
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Neft Şirkətinin (TPAO) müxtəlif vilayətlərdə 4 yataq üçün neft kəşfiyyatı lisenziyasının müddəti iki il uzadılıb.

Teleqraf.com xəbər verir ki, Enerji və Təbii Sərvətlər Nazirliyi Mədən və Neft İşləri Baş İdarəsinin neft hüquqları ilə bağlı qərarları bu gün “Rəsmi Qəzetdə” dərc olunub.

Müvafiq olaraq, Adana və Mersində 59 min 864 hektar sahəyə malik neft kəşfiyyatı lisenziyasının müddətinin 2 il müddətində 4 aprel 2025-ci ilə qədər uzadılması qərara alınıb.

Bundan əlavə, TPAO-nun Diyarbəkir əyaləti sərhədləri daxilində cəmi 77 min 814 hektarlıq 3 ayrı sahəsində neft kəşfiyyatı lisenziyalarının müddətinin 2 il müddətinə uzadılmasına qərar verilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər