30 Aprel 2023 18:26
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyanın paytaxtı Lissabondan 45 km cənubda yerləşən Setubal şəhərində yaşı 40 civarında olan naməlum kişi 3 nəfəri gülləyərək öldürüb, daha sonra isə intihar edib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli “Publico” nəşri məlumat yayıb.

Portuqaliya mətbuatının məlumatına görə, faciə göyərçinlərin yetişdirilməsi və “Bayrru Azul” kimi tanınan yaşayış klasterinin yanında yerləşən tarlada torpağın bölünməsi ilə bağlı uzun müddətdir davam edən fikir ayrılığından qaynaqlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər