Türkiyə Baş nazirinin müavini Bülənt Arınç istefa edərək siyasətdən getməyə hazırlaşır.
Trend-in şənbə günü "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, B. Arınç deyib ki, 40 ildən çoxdur siyasətdədir və gənc nəslə yol verməyin vaxtı çatıb.
Baş nazirin müavini istəyini belə izah edib: "Ədalət və İnkişaf Partiyasının daxili nizamnaməsi parlamentə 3 il müddətindən çox seçilməyi qadağan edir".