ABŞ rəsmi Kiyevin əks-hücum üçün tələb etdiyi hərbi yardımın demək olar, 100 faizini Ukraynaya göndərib, amma Vaşinqton dəstəyini davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Yeni yardım paketi çox yaxında elan ediləcək. ABŞ Ukrayna ordusuna kömək etmək istəyir ki, aktiv hərbi əməliyyatlara mümkün qədər hazır olsun”, - Ağ Ev rəsmisi deyib.
Əks-hücumun nə vaxt başlayacağı soruşulduqda Kirbi qeyd edib ki, bununla bağlı bütün qərarları Ukrayna Prezidenti Vladimir Zelenski verir, amma ABŞ hərbi dəstəyini davam etdirəcək.