2 May 2023 20:55
6 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Krımın azad edilməsi hətta birbaşa yarımadanın ərazisində döyüşmədən də baş verə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

Nazir qeyd edib ki, Krım Ukrayna üçün strateji önəm kəsb edir.

Reznikovun sözlərinə görə, Putin rejimi son doqquz ildə Krımı kurort zonasından “xəndəklər və istehkamlarla bəzədilmiş” Rusiyanın aviadaşıyıcısına bənzəyən bir şeyə çevirib.

“Biz Krımı döyüşsüz azad edəcəyik”, - Reznikov bildirib.

Krımın “rəhbər”i Sergey Aksyonov da yarımadanı Ukraynanın cənubunun işğalı üçün “öndəki forpost” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər