Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa İttifaqının baş katibi Jozep Borreli Kremlə PUA hücumu ilə bağlı verdiyi açıqlamaya görə “axmaq qoca” adlandırıb.
Teleqraf.com xəbər verir ki, Borrel münaqişə tərəflərini gərginliyi artırmaq üçün PUA insidentindən istifadə etməməyə çağırmışdı.
“Axmaq qoca. Kiyev hakimiyyətinin ABŞ-ın rəhbərliyi altında törətdiyi və Avropa İttifaqı rəhbərliyinin bəyəndiyi terror aktı məhz münaqişənin kəskinləşməsinə gətirib çıxaracaq. Vaşinqtonun və Brüsseldəki bir çox başıboşların istədiyi məhz budur”, – Medvedev bildirib.