3 Yanvar 2015 22:35
1 603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda beş nəfər yapon tələbəni qaçıraraq bir neçə həftə ərzində ona təcavüz ediblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Kəlküttə şəhərində baş verib. Artıq cinayəti törədənlərdən iki nəfər həbs edilib, digərlərinin axtarışı isə davam edir.

Polisin verdiyi məlumata görə, cinayətkar dəstə əsasən, əcnəbilərin çox olduğu otellərdə qadın turistlərə yaxınlaşaraq, onlara gid olduqlarını deyib gəzdirmək adı ilə oteldən uzaqlaşdırırmış. Sonra isə kənarda onlara təcavüz edib, dəstənin digər üzvlərinə təhvil verirmişlər.

Yerli polis rəisi Kanti Qhoş bildirib ki, özlərini turist rəhbəri kimi təqdim edən iki nəfər 23 yaşlı yaponiyalı qıza yaxınlaşaraq onu gəzdirmək adı ilə oteldən uzaqlaşdırıblar. Kənarda ona təcavüz edib, pulunu oğurlayan cinayətkarlar daha sonra qızı Bodh Gaya adlı yerdə digər dəstə üzvlərinə təhvil veriblər. Burada qız bir neçə həftə təcavüzə məruz qalıb.

Dekabrın 26-da cinayətkarlardan yaxasını qurtaran qız Varansi şəhərindəki Yaponiya konsulluğuna şikayət edib.

Faktla bağlı istintaq davam edir.

Uğur


Müəllif:

Oxşar xəbərlər