Çin Ukraynadakı müharibə ilə bağlı sülh danışıqlarına kömək edəcək və Rusiya ilə əlaqə və koordinasiyanı davam etdirməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Çin xarici işlər naziri Qin Qanq rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.
“Tərəflər Ukrayna böhranı ilə bağlı fikir mübadiləsi aparıblar. Qin Qanq bildirib ki, Çin sülh danışıqlarını israrla təşviq edəcək və böhranın siyasi həllinə maddi töhfə vermək üçün Rusiya ilə əlaqə və koordinasiyanı davam etdirməyə hazırdır. Lavrov qeyd edib ki, Rusiya Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyinə önəm verir, Çinin prinsipial mövqeyi ilə razılaşır və Çinlə sıx əlaqə saxlamağa hazırdır”, - Çin Xarici İşlər Nazirliyinin görüşlə bağlı açıqlamasında deyilir.
Eyni zamanda, Lavrov iddia edib ki, Çin lideri Si Cinpinin Rusiyaya uğurlu səfəri ikitərəfli münasibətlərin inkişafına güclü təkan verib: “Kreml müxtəlif sahələrdə əməkdaşlığı gücləndirmək və ikitərəfli münasibətləri daha yüksək səviyyəyə çatdırmaq üçün Pekinlə əməkdaşlığa hazırdır”.